• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

AFFA bu kluba texniki məğlubiyyət verdi

DÜNYA

26 Dekabr 2024 | 13:55

AFFA bu kluba texniki məğlubiyyət verdi

AFFA I Liqa klubu “Difai”yə texniki məğlubiyyət verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Difai”nin cəzalanmasına XI turun MOİK-lə matçının 90+3-cü dəqiqəsində adı protokolda olmayan futbolçunun meydana buraxılması səbəb olub. Bununla yanaşı, komanda 400 manat cərimələnib.

Texniki məğlubiyyətlə yanaşı, “Difai”nin iki futbolçusu da cəzalandırılıb. 73-cü dəqiqədə Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub. Bəşir Ayralov isə 63-cü dqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Difai” həmçinin bu futbolçulara görə ümumilikdə 200 manat cərimələnib.

U-13 Liqasında çıxış edən “Qax 1967” komandasına da texniki məğlubiyyət verilib. Buna komandanın dekabrın 22-də keçirilməli olan “Kürmük”lə görüşdə təyin edilən vaxtda meydana çıxmaması səbəb olub.


SON XƏBƏRLƏR

26 Dekabr 2024