İsrail Livanla atəşkəsdən bir ay keçməmiş 301 hücum həyata keçirib.
Bakıvaxtı.az Livanın "NNA" xəbər agentliyinə istinadən xəbər verir ki, bombardmanlar və dron uçuşları ilə davam edən pozuntularda 33 nəfər ölüb, 37 nəfər yaralanıb.
İsrail ordusu xüsusən də Livanın şərqində Baalbek və cənubda Nabatiyedə Bint Cibeyl bölgələrini bombardman edərək, evləri yandırıb, pilotsuz uçuş aparatları və döyüş təyyarələri ilə bölgədə iğtişaşlar yaradıb.
Noyabrın 27-də atəşkəs qüvvəyə mindikdən sonra İsrail tərəfindən törədilən son hücumlardan biri Baalbekdəki Tariya kurortunda baş verib. İsrail döyüş təyyarələri bölgədəki evi hədəf alıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Gülşən Şərif