Moldova prezidenti Maya Sandu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.
“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və Aİ-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, - Moldova Prezidenti paylaşımında bildirib.
***
12:25
Moldova prezidenti Maia Sandu Ukraynaya gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublika başçısı "Facebook"da məlumat verib.
O, qeyd edib ki, onu Ukrayna paytaxtına ölkə prezidenti Vladimir Zelenski dəvət edib.
Moldova lideri bildirib ki, işçi görüş zamanı tərəflər təhlükəsizlik, enerji, ticarət, yollar və körpülər məsələlərini müzakirə edəcəklər.
Kişinyov və Kiyev nümayəndələri də avrointeqrasiya yolunda bir-birinə mümkün yardımlar barədə danışmağı planlaşdırırlar.
Mina Mikayılova