• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşağını unitaza atan qadına HÖKM OXUNDU

DÜNYA

24 Fevral 2025 | 16:14

Uşağını unitaza atan qadına HÖKM OXUNDU

Ötən il yenicə dünyaya gətirdiyi körpəsini Türkiyənin Antalya hava limanında atıb gedən rusiyalı Yekaterina Burnaskinaya hökm oxunub.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə qadına körpənin həyatına qəsdetmə maddəsi üzrə 15 il həbs cəzası verib.

Xatırladaq ki, Y.Burnaskina körpəsini 2024-cü il oktyabrın 14-ü Antalya aeroportunda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqda dünyaya gətirib. Bunun ardınca, o, körpəni unitaza ataraq gedib.

Körpə qız atıldıqdan 12 dəqiqə sonra təmizlik işçisi tərəfindən aşkar edilib və bu barədə polisə məlumat verilib.

Bundan sonra 28 yaşlı qadın anası ilə birlikdə Rusiyaya qaçmağa çalışmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026