• Bakı 13° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Cənubi Koreyada Rusiyaya məxsus gəmidə yanğın - 6 dənizçi...

DÜNYA

26 Mart 2025 | 13:32

Cənubi Koreyada Rusiyaya məxsus gəmidə yanğın - 6 dənizçi...

Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın baş verib.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Busandakı Baş Konsulluğu məlumat yayıb.

"Martın 26-da yerli vaxtla saat 07:14-də Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində (heyət 23 nəfərdən ibarətdir, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. Busan dəniz polisinin məlumatına görə, altı rusiyalı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, yanğının səbəbi maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi ola bilər.

Gəmi Cənubi Koreyada təmirdə olub.


SON XƏBƏRLƏR

28 Mart 2025