• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

ABŞ-də Fələstin tərəfdarlarına qarşı repressiya

DÜNYA

25 Aprel 2025 | 12:23

ABŞ-də Fələstin tərəfdarlarına qarşı repressiya

ABŞ Prezident Donald Trampın 30 yanvar 2025-ci ildə imzaladığı "antisemitizmə qarşı mübarizə" fərmanı çərçivəsində universitet kampuslarında Fələstinə dəstək aksiyaları qadağan olunub.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, fərmana əsasən, bu aksiyalarda iştirak edən şəxslərin viza və oturum hüquqları ləğv edilir.

Amerikan-İslam Əlaqələri Şurasının (CAIR) rəsmisi Robert McCaw bildirib ki, fərmandan sonra təxminən 2 min tələbə və aktivistə qarşı hüquqi tədbirlər görülüb, bir çoxu isə heç bir rəsmi ittiham olmadan saxlanılıb.

Kolumbiya Universitetinin tələbəsi Mahmud Halil və Tufts Universitetindən türkiyəli tələbə Rümeysa Öztürk bu çərçivədə əsas hədəfə çevrilənlərdəndir. McCaw bu tədbirləri Tramp administrasiyasının Fələstinə dəstək verən tələbələri qorxutmaq və onların səsini boğmaq cəhdi kimi qiymətləndirib.

CAIR bu tələbələrin hüquqlarını müdafiə etməyə davam etdiyini və ABŞ-dəki ictimai rəyin getdikcə Filistin tərəfdarlarına dəstək verdiyini bildirib. McCaw həmçinin bildirib ki, bu təzyiqlər qarşısında ABŞ vətəndaşları daha fəal olmalı və xarici tələbələrlə həmrəylik göstərməlidirlər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR