Hindistanın Daxili İşlər Nazirliyi bütün ştatların rəhbərliyinə Pakistan vətəndaşı olan şəxslərin ölkədən çıxarmaqla bağlı göstəriş verib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə DİN naziri Amit Şah bildirib.
O deyib ki, yerli daxili işlər orqanlarının rəhbərlərinə qərarın dərhal icra olunması tapşırılıb.
Ötən gün Hindistan tərəfi Pakistan vətəndaşları üçün viza xidmətinin dayandırıldığını açıqlayıb. Məlumatda bütün mövcud vizalar ləğv edildiyi, tibbi vizaların isə yalnız aprelin 29-dək qüvvədə olacağı qeyd edilib.
Qeyd edək ki, Hindistanın idarə etdiyi Kəşmir regionunda silahlı şəxslər bir qrup turistə atəş açıb, ən azı 26 nəfər ölüb.