• Bakı 18° C

    3.93 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Norveç Ukraynaya 1,4 milyard dollar ayırıb

DÜNYA

25 Aprel 2025 | 13:16

Norveç Ukraynaya 1,4 milyard dollar ayırıb

Ukrayna son iki həftə ərzində Norveçdən 1,4 milyard dollar alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkədə yazıb.

"Son iki həftə ərzində artilleriya sursatı və hərbçilərin hazırlığı üçün 1,4 milyard dollar ayrılıb", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, Ukraynanın səhiyyə sisteminin gücləndirilməsi və bərpa işləri üçün əlavə iki maliyyə yardımı paketi də ayrılıb.

D.Şmıqal həmçinin norveçli həmkarı ilə birgə silah istehsalını da müzakirə etdiyini deyib.

Aprelin 4-də Norveç hökuməti 2025-ci ildə Ukraynaya maliyyə yardımını təxminən 5 milyard dollar artıraraq 8,1 milyard dollara çatdırmağı planlaşdırdığını bildirib.


SON XƏBƏRLƏR

03 May 2025