• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

ABŞ-İran danışıqlarının üçüncü raundu baş tutacaq

DÜNYA

25 Aprel 2025 | 13:02

ABŞ-İran danışıqlarının üçüncü raundu baş tutacaq

Sabah ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi arasında Tehranın nüvə proqramı ilə bağlı üçüncü danışıqlar Omanda baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

    Onun sözlərinə görə, Abbas Araqçi bu gün axşam ABŞ-la danışıqlar aparmaq məqsədilə Omana səfər edəcək.

    Bildirilib ki, sabah ABŞ və İran arasında yüksək səviyyəli müzakirələrlə yanaşı, texniki-ekspert görüşləri də keçiriləcək.

    “Tasnim”in məlumatına əsasən, texniki danışıqlar heyətinə İran tərəfindən xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi rəhbərlik edəcək. ABŞ tərəfdən isə texniki müzakirələrə Dövlət Departamentinin siyasət planlaşdırma şöbəsinin rəhbəri Maykl Anton başçılıq edəcək.

    Dövlət Departamentinin sözçüsü Tammy Bruce qeyd edib ki, bu, iki ölkənin texniki komandaları arasında ilk görüş olacaq.

    Qeyd edək ki, Uitkoff və Araqçi arasında son görüş ötən şənbə Romada keçirilib.

    Hər iki tərəf həmin görüşün yekununda nikbin açıqlamalar verib.


    SON XƏBƏRLƏR