İran yeddi neft yatağının işlənilməsi üçün Rusiya şirkətləri ilə 4 milyard dollarlıq müqavilə imzalayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad bildirib.
“İran yeddi neft yatağının işlənməsi üçün Rusiya şirkətləri ilə ümumi dəyəri 4 milyard dollar olan 4 müqaviləni yekunlaşdırıb”, - nazir qeyd edib.
Paknejad onu da bildirib ki, ilkin mərhələdə Rusiyadan təbii qaz idxalı, ardınca qaz mübadiləsi və digər ölkələrə tranzitlə bağlı müzakirələr gedir.