• Bakı 11° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Rusiyada “An-12” təyyarəsi eniş zamanı yan tərəfə aşıb

DÜNYA

26 Mart 2025 | 15:42

Rusiyada “An-12” təyyarəsi eniş zamanı yan tərəfə aşıb

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Sabetta qəsəbəsindən Novıy Urenqoy şəhərinə uçan “An-12” təyyarəsi eniş zamanı yan tərəfə aşıb.

Bu barədə Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verib.

Qeyd olunub ki, təyyarənin sol şassi dayağı qırılıb.

Ural nəqliyyat prokurorluğu bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

"Moskva vaxtı ilə saat 13:07-də (Bakı vaxtı ilə 12:07) “An-12” hava gəmisinin Novıy Urenqoy aerodromuna enişi zamanı sol şassi dayağı qırılıb, təyyarə yan zolağa çıxıb. Göyərtədə səkkiz ekipaj üzvü var. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Ural nəqliyyat prokurorluğu bu faktla bağlı yoxlama təşkil edib", - qurumdan qeyd olunub.


SON XƏBƏRLƏR

28 Mart 2025