• Bakı 13° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Gürcüstan Aİ ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır

DÜNYA

26 Mart 2025 | 13:50

Gürcüstan Aİ ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır

Gürcüstan Avropa İttifaqı ilə yaxınlaşmaq əvəzinə uzaqlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer jurnalistlərə açıqlamasında deyib.

    "Gürcüstanın 2023-cü ilin dekabrından namizəd statusu var. Bu status Aİ-nin üzvlük üçün verə biləcəyi ən böyük hədiyyələrdən biridir. Sizdə bu dəvət var, lakin ötən ilin iyun ayından Gürcüstanın namizəd statusu ilə bağlı işlər dayandırılıb, çünki Gürcüstan ittifaqla yaxınlaşmaq əvəzinə ondan uzaqlaşır", - Fişer deyib.

    Səfir Almaniyanın üzvlük prosesinin dayandırılmasına görə, Gürcüstan hökumətinin məsuliyyət daşıdığını qeyd edib. Əlavə edib ki, Almaniya nümayişçilərə qarşı insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan gürcü rəsmilərinin ölkəyə girişinə əlavə qadağa qoyub.


    SON XƏBƏRLƏR

    28 Mart 2025