• Bakı 17° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Tələbə yataqxanasında zəhərlənmə: 88 nəfər...

DÜNYA

24 Fevral 2025 | 14:38

Tələbə yataqxanasında zəhərlənmə: 88 nəfər...

Türkiyədə qızlar yataqxanasında zəhərlənmə halı baş verib.

Bakıvaxtı.az
bu barədə yerli KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Sakaryada qızlar yataqxanasında dünən baş verən hadisədə yataqxanada qalan 50 tələbə yemək yedikdən bir müddət sonra qusma və ürəkbulanma şikayətləri ilə Hendek dövlət xəstəxanasına müraciət edib.

Gün ərzində eyni şikayətlərlə daha 38 tələbə xəstəxanaya müraciət edib.

Qida zəhərlənməsi şübhəsi ilə müalicə alan 88 şagird müalicə olunduqdan sonra evə buraxılıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

20 Oktyabr 2025