• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Konyada çökən binadan daha bir meyit çıxarılıb - YENİLƏNİB

DÜNYA

25 Yanvar 2025 | 15:37

Konyada çökən binadan daha bir meyit çıxarılıb - YENİLƏNİB

Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.

Bakıvaxtı.az xəbər verir ki, dağıntıların altından daha bir nəfərin meyiti çıxarılıb.

Qeyd edək ki, ümumi olaraq, baş verən hadisə nəticəsində üç nəfərin həyatı xilas edilib, iki nəfər ölüb.

***

12:49

Konyanın Səlçuklu rayonunda çökən dördmərtəbəli binanın dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisədən üç nəfər sağ xilas edilib.

Konya Baş Prokurorluğundan verilən açıqlamada bildirilib ki, yaşayış binasının uçmasında təqsirli bilinən 4 nəfər saxlanılıb.

Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

***

11:02

Türkiyənin Konya şəhərində yaşayış binasının uçmasında günahkar bilinən 4 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” Konya prokurorluğuna istinadən məlumat yayıb.

"Konya vilayətinin Səlçuqlu rayonunda dördmərtəbəli binanın (onlardan 3-ü yaşayış) uçmasında günahkar bilinən 4 şübhəli şəxs saxlanılıb. Hadisə yerində ətraflı araşdırmalar davam edir", - bəyanatda bildirilib.

Dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, hadisə yanvarın 24-də baş verib. Binanın çökməsinin səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.


SON XƏBƏRLƏR

04 Fevral 2025