Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisinə üç naməlum partlayıcı qurğu atılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Marseldəki Baş Konsulluğundan TASS-a məlumat verilib.
Konsulluğun məlumatına görə, atılmış qurğulardan ikisi partlayıb:
"İstehkamçılar yerdə qalan qurğu ilə məşğul olurlar. İtki və dağıntı yoxdur. Diplomatik missiyanın binasına zərər dəyməyib".
***
13:10
Rusiyanın Fransanın Marsel şəhərindəki Baş Konsulluğunun ərazisində partlayış baş verib.
Bakıvaxtı.az BFMTV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 8:00 radələrində qeydə alınıb.
Hadisə yerində otuz nəfərə yaxın yanğınsöndürən və polis əməkdaşı işləyir. KİV-in məlumatına görə, diplomatik nümayəndəliyin bağçasına "molotov kokteyli" atılıb.
İlkin olaraq Fransa mediası partlayışın konsulluğun yaxınlığında baş verdiyini yazıb. Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə bildirib ki, partlayış diplomatik missiyanın binasında baş verib.
BFMTV-dəki polis mənbəsi konsulluq ərazisindəki bağçaya iki "molotov kokteyli" atıldığını bildirib. Nəşrin mənbəsinin məlumatına görə, heç kim xəsarət almayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisə ilə bağlı “terror aktının əlamətləri” olduğunu bildirib.
Rusiyanın Marseldəki Baş Konsulluğu Ambroise Pare prospektində yerləşir. Misir, Tunis, Ermənistan və San-Tome və Prinsipi konsulluqları da bu ərazidədir.