• Bakı 18° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Almaniyada 23 polis avtomobili yandırıldı

DÜNYA

25 Yanvar 2025 | 17:20 | Müəllif: Gülşən Şərif

Almaniyada 23 polis avtomobili yandırıldı

Münxendə Bavariya polisinin kinoloji xidmətinin nəqliyyat parkında 23 avtomobil yanaraq yararsız hala düşüb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın vaxtında söndürülüb. Hazırda hadisənin səbəbləri araşdırlır.

Hüquq mühafizə orqanının əməkdaşları yanğının təxribat nəticəsində baş verə biləcəyini istisna etməyiblər. Hadisənin fevralda təşkil olunacaq Münxen Təhlükəsizlik Konfransı ilə əlaqəli olub-olmaması da ehtimal kimi nəzərdən keçirilir.

Yanğının son illərdə Münxendə və ətrafında bu qəbildən hadisələr törətmiş solçu ekstremistlər tərəfindən törədilə biləcəyi də ehtimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR