Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin Rusiyaya münasibətində islahatlar aparmaq istəyini alqışlayan Peskov deyib:
"Biz ümid edirik ki, Vaşinqton Ukrayna böhranının əsas səbəblərini təhlil edəcək. Biz həmişə avropalı rəqiblərimizin diqqətini bu məsələyə cəlb etməyə çalışmışıq, lakin onlar, keçmiş ABŞ administrasiyası kimi, bundan imtina ediblər".
Kremlin sözçüsü həmçinin ABŞ və xarici işlər nazirləri arasında həftəsonu keçiriləcək ekspert danışıqlarında ikitərəfli münasibətlərdəki problemlərin, o cümlədən, diplomatik missiyalarının işinə mane olan məsələlərin müzakirə ediləcəyi barədə məlumat paylaşıb.
Əli Hüseynov
















