• Bakı 11° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

ABŞ-nin rüsumları 100 min kanadalıya problemlər yarada bilər

DÜNYA

26 Mart 2025 | 16:41

ABŞ-nin rüsumları 100 min kanadalıya problemlər yarada bilər

ABŞ Prezidenti Donald Trampın Kanadadan daxil olan məhsullara tətbiq etdiyi rüsumlar metallurgiya müəssisələrində işləyən 100 min kanadalıya təsir edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters”ə “United Steelworkers” Həmkarlar İttifaqının Kanadadakı şöbəsinin direktoru Marti Uorren bildirib.

Onun sözlərinə görə, rüsumlar artıq bu sahədə iki yüz işçinin ixtisarına səbəb olub.

"İşini itirən və ya ixtisara düşən hər bir şəxs Kanadaya ciddi zərbədir. Aprelin 2-də rüsumların tətbiqi, ehtimal ki, 100 min üzvümüzə təsir edəcək", - Uorren qeyd edib.

Həmkarlar İttifaqında ümumilikdə 225 mindən çox kanadalı var. Agentlik xatırladır ki, Kanada ABŞ bazarına ən böyük polad tədarükçüsüdür.

Martda ABŞ Meksika və Kanadadan idxal olunan mallara 25 % rüsum tətbiq edib. Vaşinqton bu tədbirləri qeyri-qanuni miqrasiya və narkotik ticarətinə qarşı mübarizə ilə izah edib.


SON XƏBƏRLƏR

28 Mart 2025