• Bakı 20° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Leyenin müdafiə planı rədd edildi

DÜNYA

26 Mart 2025 | 16:44 | Müəllif: Əli Hüseynov

Leyenin müdafiə planı rədd edildi

Cənubi Avropa ölkələri Avropa Komissiyasının müdafiə xərclərini asan kreditlərlə artırmaq planını dəstəkləməkdən imtina edir.

Bakıvaxtı.az Unikal-a xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. 

Onlar bunun onsuz da ağır borc vəziyyətini daha da pisləşdirəcəyindən ehtiyatlanır.

Xüsusilə Fransa, İtaliya və İspaniya buna qarşı çıxıblar. Bu ölkələrin müqaviməti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Avropanın müdafiə muxtariyyətini gücləndirmək təşəbbüsünə ciddi maneə yaradır.

Onun təklif etdiyi paketə 150 ​​milyard avro kredit və fövqəladə hallarda Aİ-nin maliyyə qaydalarının yumşaldılması daxildir. Əsas məqsəd hərbi sahəyə investisiyaları artırmaq və Avropanın ABŞ-nin müdafiə qalxanından asılılığını azaltmaqdır.

Bununla belə, konsensusun olmaması Brüsselin Ukraynaya əlavə silah tədarükü planının həyata keçirilməsinə təhlükə yaradır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026