• Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

TƏBİB sədri: Yaralılar müayinələri tam bitəndən sonra...

CƏMİYYƏT

26 Dekabr 2024 | 21:36

TƏBİB sədri: Yaralılar müayinələri tam bitəndən sonra...

Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar.

Bakıvaxtı.az "Baku TV"yə istinadən xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralıların müayinə və müalicəsi yüksək səviyyədə təmin olunur: "Məqsədimiz onların tez sağalıb, evə qayıtmalarıdır. Bundan əvvəl gətirilmiş 7 nəfər isə artıq plataya köçürülüb. Onların vəziyyətləri stabildir".

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2024