• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Oryol vilayətində raket təhlükəsi elan edilib

DÜNYA

26 Dekabr 2024 | 17:17

Oryol vilayətində raket təhlükəsi elan edilib

Qubernator Andrey Klıçkov Oryol vilayətində raket təhlükəsi elan edib.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru "Telegram kanalında" məlumat verib.

O, vətəndaşlardan evlərində pəncərələri olmayan otaqlara sığınmağı xahiş edib. Raket təhlükəsi zamanı küçədə olan vətəndaşlar isə sığınacağa getməlidir.

Qeyd edək ki, Rusiya bölgələrinə pilotsuz təyyarələrin hücumları 2022-ci ildə Ukraynada xüsusi hərbi əməliyyatlar fonunda başlayıb. Kiyev öz iştirakını rəsmən təsdiqləməsə də, 2023-cü ilin avqustunda Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiyaya PUA-nın zərbələrinin sayı artır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Dekabr 2024