• Bakı 10° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Xarici diplomatlar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət ediblər

SİYASƏT

26 Dekabr 2024 | 21:02

Xarici diplomatlar Azərbaycanın Vaşinqtondakı səfirliyini ziyarət ediblər

AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və Vaşinqtondakı diplomatik korpusdan Azərbaycan səfirliyinə təyyarə qəzası ilə əlaqədar başsağlığı mesajları daxil olmaqdadır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dekabrın 26-nın ölkə ərazisində matəm günü elan olunması səbəbindən ölkəmizin Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub./report


SON XƏBƏRLƏR

26 Dekabr 2024