Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü Aydan Rəhimli və Zülfüqar Əsadov da artıq Bakıdadırlar.
“Qafqazinfo” REAL TV-yə istinadən xəbər verir ki, onlar AZAL-a məxsus təyyarə ilə ölkəyə qayıdıblar.
Onları AZAL prezidenti Samir Rzayev qarşılayıb.
Aydan Rəhimli açıqlama vermək istəməsə də, Zülfüqar Əsadov özünü yaxşı hiss etdiyini deyib.
Sözügedən görüntüləri təqdim edirik: