• Bakı C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib

HADİSƏ

27 Dekabr 2024 | 09:16

Həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib

Qazaxstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qroznı marşutu ilə hərəkət edən, Qazaxstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

    R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbirsanlığında dəfn olunacaq.

    Qeyd edək ki, R.Filliyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlan körpəsi var.

    Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.


    SON XƏBƏRLƏR

    27 Dekabr 2024