• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

İran Aİİ-də müşahidəçi statusu alıb

DÜNYA

26 Dekabr 2024 | 18:32 | Müəllif: Subhan Mahmudov

İran Aİİ-də müşahidəçi statusu alıb

İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu qərar ittifaqın Rusiyada təşkil olunan sammitində qəbul edilib.

"İran bundan sonra ittifaqımızda müşahidəçi dövlətdir", - Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Bakıtjan Sagintayev jurnalistlərə bildirib.

Qeyd edək ki, Kuba və Özbəkistan da Aİİ-də müşahidəçi dövlət statusuna malikdir. Avrasiya "beşliyi"nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026