• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Zelenski: "ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq"

DÜNYA

25 Yanvar 2025 | 17:34

Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq

"Mən hərbi yardıma fokuslanmışam, o dayandırılmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.

V.Zelenski ABŞ Dövlət Departamentinin qərarını şərh etməyə hələ hazır olmadığını qeyd edib, lakin Ukraynaya hərbi yardımın dayandırılmayacağını vurğulayıb.

"Müəyyən məhdudiyyətlər mövcuddur, ətraflı baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət var. Bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən çoxsaylı institutlar var", - Ukrayna Prezidenti bildirib.


SON XƏBƏRLƏR

04 Fevral 2025