• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb

İDMAN

26 Dekabr 2024 | 17:30 | Müəllif: Əli Hüseynov

AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb

AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Qurum rəsmisi yeni mövsümdə Region Liqasında 56 komandanın iştirakının nəzərdə tutulduğunu bildirib:

“Yarışı daha baxımlı və maraqlı etmək üçün bu dəfə formatda müəyyən dəyişikliklərin edilməsi qərara alındı. AFFA Region Liqasının startı fevralın 2-nə planlaşdırılır. Ümumilikdə 56 komandanın 4 - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Mərkəz, Cənub zonaları üzrə mübarizə aparması nəzərdə tutulur”.

Qeyd edək ki, ötən mövsüm Region Liqasının qalibi “Şimal” klubu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR