• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Devid Qaskell vəfat etdi

İDMAN

25 Yanvar 2025 | 10:16

Devid Qaskell vəfat etdi

İngiltərə təmsilçisi “Mançester Yunayted”in tarixində ən gənc oyunçu hesab olunan Devid Qaskell 84 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Keçmiş qapıçı ağır xəstə olub. Qaskell “Mançester Yunayted” tarixində ən gənc oyunçusu hesab olunur. O, komandada debütünü 1956-cı il oktyabrın 24-də, 16 yaş 19 günündə olarkən, “Mançester Siti”yə qarşı matçda edib.

Oyuna tamaşaçı qismində qatılan D.Qaskell zədəli qapıçı Rey Vudu əvəzləyərək komandasına kuboku təmin etmək üçün qapını qoruyub.

Qeyd edək ki, ingiltərəli qolkiper 1968-ci ilə qədər Mançester təmsilçisində çıxış edib. Eyni zamanda ikiqat İngiltərə çempionu və ölkə kubokunun qalibi adını qazanıb. Daha sonra "Uiqan" və "Reksem" komandalarında çıxış edib.


SON XƏBƏRLƏR

04 Fevral 2025