• Bakı 10° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Sudanlı nazir: Türkiyə bizə qarşı səxavətli mövqe sərgiləyir

DÜNYA

26 Dekabr 2024 | 16:18

Sudanlı nazir: Türkiyə bizə qarşı səxavətli mövqe sərgiləyir

Sudanın xarici işlər naziri Əli Yusuf Türkiyənin ölkəsinə mövqesini şərh edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Sudan xalqına qarşı səxavətli mövqe nümayiş etdirdiyini bildirib. 

Sudan hökuməti və xalqı ilə Türkiyə hökuməti və xalqı arasında "etibarlı və tarixi" əlaqələrə toxunan Yusuf bu münasibətlərin əsrlər boyu iki xalq arasında ünsiyyəti gücləndirdiyini və davam etdirdiyini izah edib.

Türkiyənin Sudanın suverenliyinə dəstəyini bütün platformalarda açıq şəkildə ifadə etdiyini bildirən Yusuf diqqətə çatdırıb: 

"Ərdoğanın liderliyi dövründə Sudan xalqına göstərilən mövqe yetəri qədər təqdirəlayiqdir. Bunu qiymələndirmək bizim borcumuzdur".

ƏIi Hüseynov

 


SON XƏBƏRLƏR

26 Dekabr 2024