Uçuşların təhlükəsizliyi üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bakıvaxtı.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.
Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Məhdudiyyətlərin səbəbi açıqlanmayıb.
















