• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Qırmızı soğanın bu xəstəliklərə FAYDASI VAR

CƏMİYYƏT

27 Sentyabr 2022 | 02:26

Qırmızı soğanın bu xəstəliklərə FAYDASI VAR

Qırmızı soğan ağ soğandan daha faydalıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, hesab olunur ki, onun tərkibində ağ soğanla müqayisədə 2 dəfə çox antioksidant maddələri var. Bu isə qırmızı soğanın güclü iltihabəleyhinə təsirini təmin edir.

Qırmızı soğanın tərkibindəki "antosian" maddələr ona belə qeyri-adi rəng bəxş edir. Antosian maddələri immun sistemini, qan damarları möhkəmləndirir, orqanizmdə gedən qocalma proseslərini hüceyrə səviyyəsində ləngidir, orqanizmi cavanlaşdırır. Antosian maddələri orqanizmə şişəleyhinə təsir edir.

Qırmızı soğan həzm proseslərini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.

Qırmızı soğan qurdqovucu təsirə malikdir. Uşaqların əksəriyyəti soğanı, xüsusilə də çiy soğan xoşlamır. Ağ soğanla müqayisədə qırmızı soğanın daha yumşaq, şirin dadı var və bu səbəbdən onu çiy vəsiyyətdə az miqdarda uşaqlar üçün hazırlanan salatlara, buterbrodlara əlavə etmək olar.

Alimlər sübut ediblər ki, qırmızı soğanı tez-tez yeyən insanların qanında "pis" xolesterinin səviyyəsi aşağı düşür. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin inkişafının qarşısını alır. Həkimlər həftə ərzində 3-5 baş soğan yeməyi tövsiyə edirlər.

Qırmızı soğan qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet xəstələri bu tərəvəzi öz qidalanmasına daxil etməlidir.

Kükürdlə zəngin olan qırmızı soğan dərinin, dırnaqların və saçların vəziyyətini yaxşılaşdırır. Digər tərəfdən kükürd orqanizmin qanyaratma funksiyasını yaxşılaşdırır, qanı təmizləyir.

Qırmızı soğan zökəm, soyuqdəymə xəstəlikləri, qripp, öskürək zamanı çox yaxşı kömək edir, damaqların vəziyyətini yaxşılaşdırır - iltihabəleyhinə təsir edir, damaqları möhkəmləndirir.

Qədim zamanlardan qırmızı soğan kişilərdə potensiya problemlərinin müalicəsində istifadə olunurdu.

Bəzi xəstəliklər zamanı qırmızı soğanın qəbulu arzuolunmaz sayılır. Qırmızı soğan ağır böyrəklər, qaraciyər, mədə-bağırsaq sistemi, dəri xəstəlikləri zamanı əks-göstərişdir.

Aytac Aslan


SON XƏBƏRLƏR

25 Aprel 2024