• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Çingiz Abdullayev qalmaqallı videodan DANIŞDI

CƏMİYYƏT

26 Oktyabr 2022 | 23:52 | Müəllif: Qalib İbrahimoğlu

Çingiz Abdullayev qalmaqallı videodan DANIŞDI

Bu gün növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilən Anar Rzayev və xalq yazıçısı Çingiz Abdullayevin jurnalistləri təhqir etdiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı kult.az-a açıqlama verən Anar sözlərinin bu cür qəbul edilməsinə qarşı çıxıb.

"Mən heç bir jurnalisti ilan adlandırmamışam. Belə bir şey olmayıb", - Anar deyib.

Çingiz Abdullayev isə onun jurnalistləri deyil, jurnalistlərin onu təhqir etdiyini iddia edib:

"Əksinə, jurnalistlər məni təhqir edib. Qurultay artıq bitmişdi. Başladılar sual verməyə. Mən də onlara dedim ki, axmaq-axmaq suallar verməyin".

Qeyd edək ki, Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda sual verən jurnalistə "sən utanıb ölmürsən" deyib. Anar isə “medianın zəhərini uda-uda” sözlərini işlədib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR