• Bakı 18° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qızdırma 48 saatdan çox davam edərsə... - Mövsümi xəstəliklər, yoxsa?

CƏMİYYƏT

18 Aprel 2024 | 14:13

Qızdırma 48 saatdan çox davam edərsə... - Mövsümi xəstəliklər, yoxsa?

Yaxın keçmişimizdə koronavirus, son aylarda isə qızılca səbəbindən çox sayda insan həyatını itirib. Elə bu səbəbdən də əksəriyyət hərarəti yüksələrkən ağır xəstəliklə üz-üzə qaldıqlarını düşünür və qorxur.

Bəs görəsən hal-hazırda insanların təşvişinə səbəb olacaq bir vəziyyət müşahidə olunurmu?

Sübhan Hacıyev: Qızdırma 48 saatdan çox davam edərsə, həkimə müraciət etmək lazımdır

Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a bildirib ki, əgər bir insanda 38,5 dərəcədən yüksək qızdırma varsa, burda artıq iltihabi, yəni infeksiyon prosesdən söhbət gedir.

Onun sözlərinə görə, bu proseslər 48 saatdan çox davam edərsə, həkimə müraciət etmək lazmdır.

“Sadəcə hərarət salan peraparatlarla qızdırmanı salıb, mübarizəni yalnız qızdırma ilə aparmaq lazım deyil. Çünki burda artıq pasiyentin yaşına, xəstəliyinə, yanaşı gedən və bilinən-bilinməyən xəstəliklərinə görə differansasiya etmək lazımdır”.

Terapevt bunun daha çox virus infeksiyaları olduğunu, ani başlayan və yüksək qızdırma ilə müşahidə edildiyini, 3-5 gündən sonra da ağırlaşaraq bakteriyal infeksiyanın qoşulması ilə də nəticələndiyini qeyd edib:

“Buna görə immun sitemimiz də bu infeksiyalara cavab verir. Bu cavab isə özünü qızdırmalarla göstərir”.

S.Hacıyev son olaraq vurğulayıb ki, diaqnozu dəqiqləşdirib diferansial diaqnostika apararaq, onun təsbit olunması, dəqiqləşdirilməsi və sırf ona yönəlik müalicə aparılması lazımdır ki, bu geniş vüsət almasın.

Həbib Sahratov: Bu xəstəliklər mövsümi xəstəliklərdir

Terapevt Həbib SahratovBakıvaxtı.az-a bu xəstəliklərin hal-hazırda yayılan mövsümi qrip olduğunu və ən çox soyuq havalarda, eləcə də yazın bu dönəmində müşahidə olunduğunu bildirib:

“İnsanlarda temperatur və yuxarı tənəffüs yollarının zədələnməsi kimi şikayətlər görülür. Temepraturdan sonra öskürək bir müddət keçmir, amma bunu mövsümi qrip xəstəliyi kimi qiymətləndirmək lazımdır”.

Bunun indiki dönəm üçün xarakterik olduğunu söyləyən terapevt, müalicənin xəstəliyin, öskürəyin ağırlıq dərəcəsinə görə tənzimləndiyini diqqətə çatdırıb.

Rasif Bağırov: Virus infeksiyaları azalıb

Terapevt  Rasif Bağırov da Bakıvaxtı.az-a bildirib ki, 1 ay əvvəllə müqayisədə virus infeksiyalarının sayında azalma müşahidə olunur.

“Qızılca ilə bərabər koronanın da qolları vardı ki, xəstəliklər yayılırdı. Adi virus infeksiyasının da yayılma halları olurdu. 3 istiqamətdə virusların yayılması mümkün idi. Qızılca indi kəskin şəkildə azalıb, nadirən rast gəlinir”.

Ekspert adi soyuqdəymələrin də azaldığını qeyd edib:

"Virus yarandıqdan sonra mikroblar oyanır və bədəndə yavaş-yavaş o prosesi həyata keçirməyə başlayır".

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Aprel 2024