“Övladım iki ay sonra dünyaya gələcək. Hələ ki, otağı hazırlamağa icazə vermirlər”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Günaylı gün” verilişində deyib.
Müğənni yoldaşının çox qısqanc olduğunu və onun bütün qərarlarına qarışdığını bildirib:
“Nə alacağımı fikirləşmişəm. İstəyirəm ki, çəhrayı şeylər alım, amma atası icazə vermir. Deyir, ona elə geyimlər olmaz. Yoldaşım “Buğa” bürcüdür deyə, çox qısqancdır. İndidən qısqanır. Qız uşağıdır da, cicili-bicili olmasın”.
Qeyd edək ki, Aysun İsmayılova vəkil Ramil Vəliyevlə ailəlidir.
Ziyafət Əlisoy