Belarusla qonşu olan ölkələrin hərbi fəaliyyəti gərginliyin artmasına gətirib çıxarır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının (TŞ) katibi Aleksandr Volfoviç deyib.
Volfoviç ÜmumBelarus Xalq Assambleyasının iclasında Polşa və Baltikyanı ölkələrin Belarusla sərhədinə qoşun yeritməsini şərh edib.
Bildirib ki, bu cür hərəkətlər gərginliyin azaldılmasına kömək etmir.
Onun sözlərinə görə, genişmiqyaslı hərbi münaqişə baş verərsə, hərbi əməliyyatlar təkcə respublikaya deyil, həm də qonşu ölkələrə təsir edəcək.
Mina Mikayılova