Vətəndaş iğtişaşları və etirazlar səbəbindən qapalı qalan turistlər Yeni Kaledoniyadan evakuasiya edilməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.
Məlumata görə, hesabatda fransalı turistlərin Avstraliya və Yeni Zelandiya hərbi təyyarələrinin göyərtəsində uçduqları bildirilir.
Qeyd olunur ki, bu ölkələrdən onlar evlərinə müntəzəm kommersiya reysləri ilə gedə biləcəklər.
Mina Mikayılova
















