• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İsveçrə konfransının perspektivi yoxdur - Polyanski

DÜNYA

25 May 2024 | 09:22

İsveçrə konfransının perspektivi yoxdur - Polyanski

İsveçrədə Ukrayna üzrə keçirilən konfransın münaqişənin həllində irəliləyiş üçün heç bir perspektivi yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının  BMT -dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Məlumata görə, o, bunu Rusiya Federasiyasının orada iştirak etməməsi və onun mövqeyinin nəzərə alınmaması ilə əlaqələndirib.

“Biz dəfələrlə bu psevdosülh konfransı haqqında danışmışıq və bildirmişik ki, bu istiqamətdə hərəkət etmək tamamilə mənasızdır”.

Polyanskin vurğulayıb ki, iyunda İsveçrədə Ukrayna üzrə keçiriləcək konfrans çərçivəsində irəliləyişə ümid edən istənilən tərəf məyus olacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026