• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qubad İbadoğlunun işi üzrə yekun ittiham aktı elan edildi

HADİSƏ

18 Aprel 2024 | 15:42

Qubad İbadoğlunun işi üzrə yekun ittiham aktı elan edildi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Report-a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.

Məlumata əsasən, müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.


SON XƏBƏRLƏR