• Bakı 24° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

HADİSƏ

18 May 2024 | 11:35

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

Martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın nənəsi də vəfat edib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, amansızlıqla qətlə yetirilmiş qızın nənəsi Gülxara Ağayeva yaşadığı kənddə dünyasını dəyişib.

Məlumata görə, K. Ağayeva nənəsinin himayəsində böyüyübmüş və onunla birgə yaşayırmış. Onun ölümündən əvvəl telefonla danışdığ sonuncu şəxsin də nənəsi olduğu deyilir.

Cəlilabadda qadın mollası kimi tanınan G. Ağayevanın nəvəsinin ölümündən sonra ağır sarsıntı keçirdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl gənc qızın meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində basdırılmış halda aşkarlanıb. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.

K.Ağayeva 4-cü kurs tələbəsi olub.


SON XƏBƏRLƏR

21 Iyun 2024