• Bakı 23° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Çətənə kolları becərənlər və narkokuryerlər saxlanıldı

HADİSƏ

17 Iyun 2024 | 09:01

Çətənə kolları becərənlər və narkokuryerlər saxlanıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıb.

    Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib.

    Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

    Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.


    SON XƏBƏRLƏR

    25 Iyun 2024