16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometrliyində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
***
15:53
Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.
Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.Report





jpg-1723724015.webp)
jpg-1723723061.webp)

jpg-1723722710.webp)







