• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir

HADİSƏ

16 Iyul 2024 | 15:38

Piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir

Bakının Sabunçu rayonunda piyadanı vurub qaçan sürücünün axtarışları davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O bildirib ki, iyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonunda yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub:

"Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar və təqsirkar sürücünün müəyyən edilməsi istiqamətində axtarışlar davam etdirilir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026