• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Xankəndidə silah-sursat aşkarlandı

HADİSƏ

18 May 2024 | 11:55

Xankəndidə silah-sursat aşkarlandı

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə 11-18 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 ədəd bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6480 ədəd müxtəlif çaplı patron, 15 ədəd süngü-bıçaq, 1 ədəd videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisindən isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Xankəndidə silah-sursat aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR