• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Rafael İsgəndərov şəhid olmuş dostunun son səs yazısını yaydı 

CƏMİYYƏT

27 Sentyabr 2022 | 11:56

Rafael İsgəndərov şəhid olmuş dostunun son səs yazısını yaydı 

Əməkdar artist Rafael İsgəndərov II Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə yollanan və şəhid olan Müşfiq Abbasovun son səs yazısını yayımlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, aktyor şəhidin fotolarından ibarət videoya bunları yazıb:

“Bu gün 27 Sentyabr - Anım Günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhid səs yazısında bunları deyir: “Allah gələn il bayramı bizim kəndimizdə keçirməyi nəsib olsun, sizi də dəvət edək, görün nə kənd var imiş. Allah bizə onu qismət edər”.

Qeyd edək ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb. M. Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş.

/Qafqazinfo


SON XƏBƏRLƏR