• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Rusiya bazarından asılılığımızı azaltmalıyıq" - Ekspert

CƏMİYYƏT

27 Oktyabr 2022 | 11:33 | Müəllif: Qalib İbrahimoğlu

"Rusiya bazarından asılılığımızı azaltmalıyıq" - Ekspert

"Rusiyanın siyasətində dəyişən heç nə yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya xoşu gəlməyən qonşusunu cəzalandırmaq istəyəndə ya boru xəttində “təmir” adıyla neftin nəqlini dayandırır, necə ki, Qazaxıstanı bu yolla cəzalandırmaq qərarını verdi, ya da sərhədi qapadır ki, Azərbaycanın kənd təssərrüaftı məhsulları Rusiya bazarına daşına bilməsin: "Ermənistanı anladıq, İrəvan Qərbə yaxınlaşmağa can atır, Kreml bundan narazıdır və baş nazir Nikol Paşinyanı yıxıb sürüməyə çalışırlar. Rəsmi Bakı hansı tərs işi gördü ki, Kreml sərhəddə məhsullarımızı uzun kilometrlərlə növbəyə düzüb?"

Politoloq deyib ki, Rusiyanın dövlət televiziya kanalları və qəzetləri Kremlin təlimatıyla Qarabağ separatçılarına dəstək ifadə etməyə başlayıblar: "Bakı bunun cavabını verdi, Azərbaycanın televiziya kanalları Rusiyanın Ukraynaya işğalını geniş şəkildə işıqlandırmağa başladılar, Xarici İşlər Nazirliyi Rusiyaya nota verdi".

E.Şahinoğlu bildirib ki, görünür, Kreml sərhəddə çətinlik yaratmaqla növbəti gedişini edib: "Kremlin bu siyasətindən qurtuluş yoxdur, başımızın çarəsini qılmalıyıq, Rusiya bazarından asılılığımızı azaltmalıyıq, çətindir, ancaq başqa alternativimiz yoxdur".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026