• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azad olunmuş ərazilərdə bəzi kəndlər ləğv edilir?

CƏMİYYƏT

26 Noyabr 2022 | 09:35

Azad olunmuş ərazilərdə bəzi kəndlər ləğv edilir?

“İşğaldan azad olunmuş rayonlarda yaşayış məntəqələrinin (kəndlərin, qəsəbələrin) sayının azaldılması, bəzi kəndlərin ləğv olunması nəzərdə tutulur. Məsələn, Füzuli rayonunda 100-ə yaxın yaşayış məntəqəsi var, bu sayın 20-yə endirilməsi nəzərdə tutulur. Və btün bu proses mərkəzi icra hakimiyyətindən verilən şifahi göstərişlə həyata keçirilir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) I hissəsinin 21-ci bəndinə uyğun olaraq ölkədə ərazi quruluşu ilə bağlı bütün məsələlər (o cümlədən, ərazi vahidlərinin birləşdirilməsi) Milli Məclisin səlahiyyətlərinə aiddir: “İcra hakimiyyətinin şifahi tapşırığıyla, fərman və ya sərəncamla ərazi vahidlərini qeydə ala, qeydiyyatdan çıxara, sərhədlərini müəyyən edə və ya dəyişdirə bilməz. Hətta ərazi  vahidlərinə ad verilməsini (dəyişdirilməsini) və onların statusunun (şəhər, kənd, qəsəbə) müəyyən edilməsini (dəyişdirilməsini) də parlament tənzimləyir”. 

Ekspert bildirib ki, Qarabağda planlaşdırılan ərazi vahidlərinin birləşdirilməsi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin vəsatəti əsasında parlament tərəfindən həyata keçirilməlidir: “Bu prosesdə əhalinin də iştirakı nəzərdə tutulur. Qanunun “Vətəndaşların yığıncağına (yığıncaqlarına) dair tələblər” adlı 13-2-ci maddəsi ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini tələb edir. Ancaq təəssüf ki, qanunvericiliyin tələblərinə əməl olunmur”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR