• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bəzi rayonlarda yağış yağacaq

CƏMİYYƏT

26 Dekabr 2022 | 08:44 | Müəllif: Qalib İbrahimoğlu

Bəzi rayonlarda yağış yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, jakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə dağlıq rayonlarda yollar buz bağlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026