• Bakı 31° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

BŞİH-dən Nəbatət Bağı ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

24 Yanvar 2023 | 20:30

BŞİH-dən Nəbatət Bağı ilə bağlı AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mərkəzi Nəbatət Bağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

"Bildiririk ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə, orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub. Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir", - məlumatda deyilir.


SON XƏBƏRLƏR

11 Iyul 2025