• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat edib

CƏMİYYƏT

23 Fevral 2023 | 16:56

Hərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat edib

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, qardaş ölkədə baş vermiş zəlzələdə zərərçəkənlərə yardım göstərən tibb heyətimiz tərəfindən növbəti 10 cərrahi əməliyyat uğurla icra olunub, həmçinin xəsarət alan 49 nəfər müayinə edilib.

Hərbi həkimlərimiz bu günədək ümumilikdə 71 cərrahi əməliyyat icra edib, 468 nəfərə isə ambulator yardım göstərib.

Qeyd edilib ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunub.


Hərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat edibHərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat edibHərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat edibHərbi həkimlərimiz Kahramanmaraşda 71 əməliyyat edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026