• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bakının bu ərazisində hərəkət məhdudlaşdırılır

CƏMİYYƏT

25 Mart 2023 | 13:11

Bakının bu ərazisində hərəkət məhdudlaşdırılır

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, paytaxtın Neftçilər prospekti və akademik Zərifə Əliyeva küçələrində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.

"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - DYP rəsmisi söyləyib.

A.Əsgərlinin sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi martın 25-dən martın 26-sı axşam saatlarına qədər davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026